23 Fevral 2023, 22:35
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 22:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Mingəçevir, Yardımlı, Lənkəran, Astara, Kürdəmir, Ağstafa, Bakıda və Abşeron yarımadasında yağıntı; Daşkəsən, Gədəbəy, Şəki, Qax, Quba, Qusar, Xaltan, Şabran, İsmayıllı, Şahdağda qar müşahidə olunur.
Qar örtüyünün hündürlüyü: Qaxda 70 sm, Şəkidə 17 sm, Şahdağda 8 sm, Xaltanda 7 sm, Qusarda 3 sm, Oğuz, Qubada 2 sm, Qəbələ, Altıağac, Qırızda 1 sm olub.
Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Hacıqabul, Salyan 18 m/s, Şirvan 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.