
08 Fevral 2023, 21:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 08-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qaxda 44 sm, Şəkidə 20 sm, Şahdağda 17 sm, Xaltanda 15 sm, Ləzədə 13 sm, Xınalıqda 12 sm, Lerikdə 11sm, Gədəbəy, Qrızda 8 sm, Daşkəsəndə 7 sm, Şamaxıda 6 sm, Göygöl, Qubada 4 sm, Qusarda 3 sm, Oğuzda 2 sm, İsmayıllı, Qobustan, Kəlvəzdə 1 sm olub.
Külək: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.