FAKTİKİ HAVA

23 Fevral 2021, 17:08

FAKTİKİ HAVA

Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.
Nabran, Quba, Xaçmaz, Qusarda Xaltanda yağıntı olub, qara keçib. Bakıda saat 17.00-a olan məlumata görə proses yağışla başlayıb.
Qərb küləyi arabir Ağstafa, Naftalanda 20 m/s, Gəncə, Tovuzda 18 m/s, Yevlaxda 17 m/s, Bərdədə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.