
09 Yanvar 2023, 09:20
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 09-na olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.
Qar örtüyünün hündürlüyü: İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Qəbələ, Şahbuz, Daşkəsəndə 5 sm, Balakən, Qobustanda 4 sm, Zaqatala, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Mingəçevir, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.
Düşən yağıntının miqdarı: Astarada 16.0 mm, Lerikdə 15.0 mm, Biləsuvarda 9.0 mm, Qax, Lənkəranda 8.0 mm, Oğuz, Qəbələdə 7.0 mm, Qubada 6.0 mm, Neftçala, Göyçayda 5.0 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4.0 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3.0 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 9.0 mm, Bakıda 3.0 mm, Maştağa, Binə, Pirallahıda 1.0 mm-dək olub.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2°-dək şaxta, dağlıq rayonlarda 14-17° şaxta, aran rayonlarında 3°-dək şaxta olub.