Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

06 Yanvar 2023, 11:15

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

Yanvarın 06-da
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.
Şərq küləyinin sürəti 5-10 m/s olacaq.
Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 07-də
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.
Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Qərb küləyinin sürəti 5-10 m/s olacaq.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

Yanvarın 08-də
Arabir qar yağacağı, duman olacağı gözlənilir.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 09-da
Arabir qar yağacağı, duman olacağı gözlənilir.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.


Hava şəraitinin dəyişəcəyi haqqında
xəbərdarlıq


Şuşa, Kəlbəcər, Laçında - yanvarın 07-dən 08-nə keçən gecədən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq.

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq.

Yollar buz bağlayacaq.