29 Dekabr 2022, 17:15
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın
29-u saat 17:00-a olan məlumatına əsasən Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.
Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib,
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək.
Dekabrın 30-u və bayram günlərində: dekabrın 31-i, 2023-cü il yanvarın 01-04 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi üstünlük təşkil edəcək.