Bayram günlərində gözlənilən hava şəraiti

28 Dekabr 2022, 14:45

Bayram günlərində gözlənilən hava şəraiti

Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13° isti, aran rayonlarında 13°-dək isti, dağlıq rayonlarda 2°- şaxtadan 3°-dək isti olacaq.


Bakıda və Abşeron yarımadasında

dekabrın 31-i

Hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
 
yanvarın 01-də
Havanın yağmursuz olacağı gözlənilir.
Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.

yanvarın 02-də
Hava şəraiti əsasən yağmursuz keçəcək.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq.

yanvarın 03-də
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.

yanvarın 04-də
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-14° isti olacaq.


Azərbaycanın rayonlarında

31 dekabr-04 yanvar tarixlərində
Hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.