
16 Dekabr 2022, 13:00
Şuşa, Kəlbəcər və Laçında hava şəraiti
Hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
Dekabrın 16-da
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir.
Arabir duman olacaq. Zəif qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.
Dekabrın 17-də
Dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir duman olacaq. Zəif qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
Dekabrın 18-də
Hava şəraiti əsasən yağmursuz keçəcək.
Arabir duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.