
05 Dekabr 2022, 11:45
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 05-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı: Lənkəranda 18.0 mm, Quba, Qəbələdə 6.0 mm, Şabran, Astara, Tovuz, Şəkidə 5.0 mm, Yardımlı, Göygöl, Göyçay, Balakən, Daşkəsən, İsmayıllı, Altıağac, Şəmkir, Ağstafa, Qusar, Gədəbəy, Sədərək, Oğuz, Qrız, Kürdəmir, Lerik, Bərdə, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Şərur, Naftalan, İsmayıllı, Qobustan, Gəncə, Xaltanda 4.0 mm-dək olub.
Havanın temperaturu: dekabrın 04-də Bakıda iqlim normasından 3.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 11-17° şaxta, aran rayonlarında 5°-dək isti olub.