04 Dekabr 2022, 13:00
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 04-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Altıağacda 9 sm, Daşkəsəndə 7sm, Göygöldə 4 sm, Şəki, Lerik, Qusarda 2 sm, Xaltan, Şamaxı, İsmayıllı, Qrız, Qax, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Lerikdə 11.0 mm, Qəbələ, Göyçayda 9.0 mm, Qəbələ, Astara, İsmayıllı, Bərdədə 8.0 mm, Şəki, Göygöl, Daşkəsən, Altıağacda 7.0 mm, Yevlax, Kürdəmir, Ağdərə (Ordubad), Qubada 6.0 mm, Beyləqan, Zaqatala, Göytəpə, Yardımlı, Mingəçevir, Balakən, Şahbuz, Ceyrançöl, Tovuz, Xaltan, Şamaxı, Lənkəran, Naftalan, Şəmkir, Qusar, Zərdab, İmişli, Ağsu, Biləsuvar, Gədəbəy, Qobustan, Qrız, Tərtər, Sabirabad, Cəfərxan, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Qax, Şabran, Salyan, Hacıqabul, Neftçalada 5.0 mm-dək olub.
Havanın temperaturu: Bakıda iqlim normasından 1.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 3°-dək şaxtadan 3°-dək isti, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 5°-dək isti olub.
Gələn həftə ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-6° isti, Mərkəzi-Aran rayonlarında 7-10° isti, dağlıq ərazilərdə 5-10° şaxta olacaq.