23 Noyabr 2022, 15:20

“Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, o cümlədən ozon təbəqəsinin mühafizəsi” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, o cümlədən ozon təbəqəsinin mühafizəsi” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Seminarda “İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan Respublikasının fəaliyyəti, COP27 İqlim sammiti”, “İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri, Senday çərçivəsi” mövzusunda prezentasiyalar təqdim olunmuşdur.

Maraqlı tədbir ADPU-nun professor-müəllim heyəti və tələbələrin fəal iştirakı ilə sual-cavab sessiyası formatında yekunlaşmışdır. Seminarın sonunda xüsusi tərtib olunmuş təşəkkürnamələr təşkilati dəstək üçün ADPU-nun rəhbərliyinə və seminarda ən fəal iştirak etmiş tələbələrə təqdim olunmuşdur.