FAKTİKİ HAVA

21 Oktyabr 2022, 21:40

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Naftalan, Oğuz, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qusar, Xaltan, Şahdağ, Altıağac, Qobustan, Yevlax, Tərtər, Mingəçevir, Şabranda, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağış, Ləzə(Qusar), Daşkəsəndə sulu qar, Gədəbəyin yüksək dağlıq ərazilərində isə qar yağıb. 




Külək:  Şimal-qərb küləyi arabir Bərdə, Tərtərdə 26 m/s, Ağdamda 22 m/s, Naftalan, Neftçala, Naxçıvanda 20 m/s, Yevlaxda 19 m/s, Zərdab, Sabirabad, Ceyrançöldə 17 m/s, Şərur, Şəki, Culfada 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Neft Daşları, Binədə 18 m/s, Maştağa, Sumqayıtda 17 m/s-dək güclənib, Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.