
12 Fevral 2021, 13:02
Fevral ayı mülayim və az yağıntılı keçir.
On gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən sabit keçmişdir. Çoxillik məlumatlara əsasən fevral ayının birinci on günlüyündə havanın orta sutkalıq temperaturu adətən 3-4 dərəcə isti olur. Bu il isə həmin dövr ərzində Bakıda havanın orta sutkalıq temperaturu 8.8 dərəcə isti olmuşdur ki, bu da normadan 5 dərəcəyədək yüksəkdir. Fevralın 05-də Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 9.40 yüksək olmuş, havanın maksimal temperaturu 22.20 dərəcəyə yaxınlaşmış, bununla da 2016-cı ildə olan sutkalıq rekord göstərici (18.70) təzələnmişdir. Fevralın 05-də havanın maksimal temperaturu respublikanın bəzi rayonlarında 18-210 isti müşahidə edilmişdir.Bu dövr ərzində Bakıda ən aşağı temperatur isə fevralın 08-də 2.90 isti qeydə alınmışdır. 10 gün ərzində ölkə ərazisində hava şəraiti az yağıntılı keçib, düşən yağıntının miqdarı:
Bakıda və Abşeron yarımadasında 1.5 mm ( normanın 7%)
Qazax-Gəncə zonasında 0.4 mm (normanın 2%)
Balakən-Şəki zonasında 0.2-7.6 mm (1-25%)
Mərkəzi aran zonasında 1.1 mm ( normanın 5%)
Lənkəran -Astara zonasında 4.0 mm (normanın 6%) olmuşdur.