16 Oktyabr 2022, 14:55
Faktiki və Gözlənilən Hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 16-na olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı: Şəkidə 43.0 mm, Qaxda 27.0 mm, Zaqatalada 19.0 mm, Şahdağ, Xaçmaz, Qusarda 8.0 mm, Yardımlıda 7.0 mm, Qubada 6.0 mm, Xaltan, Şəmkir, Astara, Lerik, Qrız, Oğuz, Gəncə, Tovuz, Qobustan, Altıağac, Şabran, Bərdə, Yevlax, Göyçay, Beyləqan, Kürdəmir, Neftçala, Mingəçevir, Biləsuvar, Göytəpə, Daşkəsəndə 1.0-5.0 mm-dək olub.
Oktyabrın 17-də
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.