25 Sentyabr 2022, 13:15
FAKTİKİ HAVA
Sentyabrın 25-i saat 13:00-a olan məlumata əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Böyük Qafqazın yüksək dağlıq ərzilərində: Sarıbaşda, Şahdağda qar yağıb.
Küləyin maksimal sürəti: Gəncədə 28-30 m/s, Mingəçevir, Naftalanda 28 m/s, Bərdədə 25 m/s, Ağdamda 24 m/s, Tərtərdə 23 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Maştağada 28 m/s, Pirallahı, Neft Daşlarında 25 m/s, Çilovda 24 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Yağıntının miqdarı: Astarada 16 mm, əksər rayonlarda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək yağış yağıb.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti sentyabrın 25-i axşamadək davam edəcək.