
13 Sentyabr 2022, 18:30
Gözlənilən hava şəraiti
Respublika ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Ötən gün olduğu kimi, nisbətən sabit, əsasən yağmursuz hava bugün gün ərzində də davam edəcək.
Lakin sentyabrın 14-dən 15-i gündüzədək şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ərazimizə daxil olması nəticəsində bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında da sentyabrın 14-ü gündüzdən 15-i gündüzədək havanın dəyişkən buludlu olacağı, şimal-qərb küləyinin maksimal sürətinin arabir 23-28 m/s-yə çatacağı gözlənilir.
15-də havanın maksimal temperaturu 22-25° isti olacaq.
Həftə sonlarında yenidən hava şəraitinin sabitləşəcəyi, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.