Havada toz dumanı müşahidə edilir

13 Sentyabr 2022, 11:15

Havada toz dumanı müşahidə edilir

13 sentyabr 2022-ci il saat 11:00 üçün avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən dispers toz hissəcikləri Nizami rayonunda 1,8 dəfə, Xətai rayonunda 1,2 dəfə, Səbail rayonunda isə 1,9 dəfə normadan yüksək müəyyən edilmişdir.

Gün ərzində sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozla bağlı transsərhəd çirklənmə müşahidə ediləcəyi gözlənilir.

Çirklənmənin zəif və qısa müddətli davam edəcəyi ehtimal edilir. Vəziyyət izlənilir, daha ətraflı məlumat meteo.az saytında təqdim ediləcək.