Yağan yağışlar çaylarda sululuğun artmasına səbəb olub

07 Sentyabr 2022, 12:15

Yağan yağışlar çaylarda sululuğun artmasına səbəb olub

Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artmışdır.

Eyni zamanda qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarla daxil olan sululuqda artım müşahidə olunmuşdur. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39%, Qanıx-Cəlayir məntəqəsində isə 21% artmışdır.

Sentyabrın 06-da və 07-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 07-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçmişdir.