Respublika çaylarında sululuğa dair məlumat

04 Sentyabr 2022, 16:24

Respublika çaylarında sululuğa dair məlumat

Ekologiya nazirliyinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyevin məlumatına əsasən hava şəraitinin uzunmüddət yağmursuz və quraq keçməsi, eyni zamanda su səthində buxarlanmanın artması nəticəsində tranzit çaylarda sululuq normadan 47%, yerli çaylarda isə 20% aşağı olmuşdur.

Sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkaran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.