04 Sentyabr 2022, 12:55
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 04-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçib.
Havanın temperaturu iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.
Hava şəraitinin dəyişəcəyi haqqında məlumat
28 gün davam edən isti və quraq havanın şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında proses sentyabrın 05-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
Yağış: 06-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 05-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Daha ətraflı və yeniləşən məlumatı www.meteo.az saytında əldə edə bilərsiniz.
По сообщению национальной гидрометслужбы минэкологии в стране наблюдается погода без осадков с высоким температурным режимом, превышающим многолетнюю норму на 7 градусов.
В столице , Нахичеванской АР и в центрально-степных районах зафиксировано до 40 градусов, в Гаджигабуле 43 тепла.
После продолжавшейся около 28 дней засушливой, жаркой погоды начиная с 5 сентября ожидается изменение атмосферной циркуляции над Закавказьем.
В Баку этот процесс начнется 5 сентября сначала усилением серо-западного ветра, а с 6 по 8 сентября временами прогнозируется дождь.
Температура воздуха в этот период понизится в среднем на 10 градусов.
По районам Азербайджана начиная с 5 сентября осадки ожидаются по Большому Кавказу, а с 6 по 8 сентября уже в большинстве районов кратковременные грозовые дожди в горной и предгорной части страны обретут ливневой характер. В результате на горных реках ожидается повышение водности.
Не исключен град. В районах также местами ожидается усиление ветра.
Более подробную и обновляющуюся информацию можно получить на сайте меteo.az