
04 Fevral 2021, 18:00
Vətən müharibəsində iştirak edənlər mərdlik və igidlik nümunəsidir
Sentyabrın 27-dən noyabr ayının 10-dək 44 gün ərzində Azərbaycan xalqı tarixin çətin sınaqlarına mərdliklə sinə gələrək, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı işğaldan azad edən Silahlı Qüvvələrimiz ölkəmizin ərazi bütövlüyünü yenidən bərpa etməyə nail oldular. Bu şanlı qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və uzaq görən siyasəti, həmçinin igid oğullarımızın canı və qanı bahasına əldə olundu.
Qarabağın azadlığı uğrunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumları ilə yanaşı Milli Hidrometeorologiya Xidmətinin də işçiləri iştirak etmişlər. 04. 02. 2021-ci il tarixində Xidmətin rəhbərliyi ilə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin həmin işçilərlə birgə görüş keçirildi. Görüşdə iştirak edən döyüş iştirakçıları- Cənub Regional Hidrometeorologiya Mərkəzinin Rvarud meteoroloji məntəqəsinin meteorologiya üzrə texniki Rzayev Camal Rza oğlu, Texniki Xidmət, Metrologiya və Kalibirləmə mərkəzinin metrologiya üzrə aparıcı mütəxəssisi Əhmədli Nəbi Eldar oğlu, Aran Regional Hidrometeorologiya Mərkəzinin Beyləqan Aqrometeorologiya stansiyasının mütəxəssis aqrometeoroloqu Məmmədov Hafiz Əlqəmə oğlu, Qərb Regional Hidrometeorologiya Mərkəzinin Ağstafa Hidrometeoroloji stansiyasının meteorologiya üzrə texniki Alıyev İlkin Nəriman oğlu keçdikləri döyüş yollarından cəbhə yoldaşlarının qəhrəmanlıqlarından böyük fəxrlə söz açdılar.Görüşdə çıxış edən MHX-nın rəisi xanım Umayra Tağıyeva, HİK-in sədri Telman Quliyev və digər əməkdaşları onların qəhrəmanlıqları barədə fəxr və qürurla danışaraq, göstərdikləri şücayət və qəhrəmanlıqlarının ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını dedilər.
Sonra döyüş iştirakçılarının hər birinə Vətən müharibəsi zamanı yüksək döyüş hazırlığı və döyüş qabiliyyəti nümayiş etdirdiklərinə görə təşəkkürnamə və pul mükafatı təqdim edildi.