Gözlənilən hava şəraiti

17 Avqust 2022, 12:22

Gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək. Bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.  

 
Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38 dərəcə isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41 dərəcə isti kimi hiss olunacaq.