
15 Avqust 2022, 12:36
İsti hava şəraiti avqustun 20-dək davam edəcək
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, bəzi yerlərdə 40°, rayonlarda 35-40°, Mərkəzi Aran və Naxçıvan MR-nin bəzi yerlərində 41-42°, dağlarda isə 27-32° dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3.8 dərəcə çox olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38.5°, aran rayonlarında isə 40.3° dərəcəyə çatıb.
“Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb”.