İşğaldan azad olunmuş ərazilərdə avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində təlimlər davam etdirilir

10 Avqust 2022, 21:30

İşğaldan azad olunmuş ərazilərdə avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində təlimlər davam etdirilir

İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə əsas su obyektlərinin çaylar üzərində avtomat hidroloji stansiyaların qurulması layihəsi çərçivəsində keçirilən təlimlərin praktiki hissəsi Zəngilan, Qubadlı və Xocavənd rayonları ərazisində davam etdirilir.

Keçirilən təlimlərdə istehsalçı "Xylem" şirkətinin mütəxəssisləri tərəfindən Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarına avtomat hidroloji stansiyasının iş prinsipi əyani olaraq izah edilir.