FAKTİKİ HAVA

05 Avqust 2022, 23:40

FAKTİKİ HAVA

Avqustun 05-i saat 23:30-a olan məlumata əsasən axşam saatlarından ölkə ərazisində hava şəraiti dəyişmiş, Yevlax, Gəncə, Ceyrançöl, Şəmkir, Tərtər, Mingəçevir, İsmayıllı rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Bəzi qərb rayonlarına dolu düşüb. 

Dolu: Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, Göygöl rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər diametri 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər, Bərdə, Naftalan rayonu ərazisinə isə saat 21:51-21:53 radələrində diametri 10 mm olan dolu yağıb.