
31 İyul 2022, 21:25
FAKTİKİ HAVA
İyulun 31-i saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib.
Qərb küləyinin sürəti Şamaxıda 16 m/s-ə çatıb.