Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış İşçi qrupunun iclası keçirilmişdir.

27 İyul 2022, 14:30

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış İşçi qrupunun iclası keçirilmişdir.

2022-ci ilin 26 iyun tarixində Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində Şəki rayonu üzrə taxılçılıqda olan problemlərin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış İşçi qrupunun iclası keçirilmişdir.
Görüşdə Milli Hidrometeorologiya Xidmətinin Şimal-qərb regional hidrometeorologiya mərkəzinin direktoru Vaqif Məmmədov çıxış edərək Şəki rayonu üzrə son illər ərzində düşən yağıntının rayonun dağlıq, dağətəyi və düzən əraziləri üzrə paylanma dinamikası barədə məlumat vermişdir.