
28 İyun 2022, 18:30
Havada toz dumanı müşahidə olunur
28 iyun 2022 -ci il tarixində avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən dispers toz hissəcikləri Xətai rayonunda 3,1dəfə, Nizami rayonunda isə 2,4 dəfə normadan yüksək müəyyən edilmişdir.
Müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir. Buna səbəb şimal-qərb küləklərinin güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılmasıdır.
Sinoptik vəziyyətlə əlaqədar olaraq belə tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.