26 İyun 2022, 14:10
FAKTİKİ HAVA
İyunun 26-na olan məlumata əsasən şimal və qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində 25-də saat 23:10 radələrində Kürmükçay İlisu məntəqəsindən (Qax) sel, 26-da saat 08:00 radələrində Goranboy rayonu Gorançay məntəqəsindən daşqın keçmişdir.
Düşən yağışın miqdarı: Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 16.0 mm, Göygöl, Ordubadda 13.0 mm, Daşkəsəndə 9.0 mm, Tovuz, Gədəbəy, Şahdağda 8.0 mm, Balakəndə 7.0 mm, Ceyrançöl, Kişçayda (Şəki) 6.0 mm, Qəbələdə 5.0 mm, Ağstafa, Göyçay, Ağdərədə (Ordubad) 4.0 mm, Gəncə, Şahbuz, Sədərək, Şəmkir, Şəki, Tərtərdə 3.0 mm, Naftalanda 2.0 mm, Oğuz, Naxçıvan, Şərur, Culfa, Quba, Qusar, Mingəçevir, Bərdədə 1.0 mm-dək olub.
Dolu: İyunun 25-də saat 18:15 radələrində Gədəbəydə xırda dənəli dolu düşüb.
Külək: Şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 20 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın maksimal temperaturu: İyunun 25-də Bakıda iqlim normasından 2.5° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34°-dək isti, Naxçıvan MR-da 30-37° isti, dağlıq rayonlarda 17-20° isti, aran rayonlarında 26-37° isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyunun 29-dək davam edəcək.