23 İyun 2022, 14:40
Faktiki və gözlənilən hava
İyunun 23-ü saat 14:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. İyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub.
Düşən yağışın miqdarı: Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ, Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm, Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.
Şimal-qərb küləyinin sürəti: arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s, Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.