21 İyun 2022, 13:10
Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin bir qrup hidroloqları üçün təlim keçirilmişdir
16-17.06.2022-ci il tarixlərində MHX-nin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin bir qrup hidroloqları üçün təlim keçirilmişdir. Təlim zamanı “SOMMER” RP30 cihazından istifadə qaydası, onun iş prinsipi barədə ətraflı məlumat verilmişdir. Daha sonra “SOMMER” RP30 cihazından istifadə etməklə yerli müşahidəçilərlə birlikdə Vəlvələçay, Qudyalçay və Qusarçay çaylarında su sərfi ölçülmüşdür.