Yaxın günlərdə gözlənilən hava şəraiti

18 İyun 2022, 17:53

Yaxın günlərdə gözlənilən hava şəraiti

Yaxın günlər ərzində ölkə ərazisində hava şərati sabit əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. 


Mülayim cənub-şərq küləyi iyunun 22-si axşam, 23-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-34 dərəcə, aran rayonlarında 33-38 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə isti olacaq.