
10 İyun 2022, 22:50
FAKTİKİ HAVA
İyunun 10-u saat 22:00-a olan məlumata əsasən Göygöl, Şəki, Göyçay, Daşkəsən, Gədəbəy, Tərtər, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə intensiv xarakterli olub.
Külək : Qərb küləyi arabir İsmayıllıda 18 m/s, Şirvanda 17 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Kiçik Qafqaz çaylarında yağan leysan xarakterli yağış nəticəsində Daşkəsən rayonunun Alaxançallı kəndi ərazisindən saat 17:20-18:00-dək, Dəstəfurçay-Qaraqollarda saat 20:10- 20:30-dək , Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində 20:58-də sel keçmisdir.