Aqrar Sığorta Fondu ilə görüş

09 İyun 2022, 16:10

Aqrar Sığorta Fondu ilə görüş

İyun ayının 9-da Milli Hidrometeorologiya Xidməti və Aqrar Sığorta Fondunun əməkdaşlarının iştirakı ilə birgə görüş keçirildi. Görüşdə hər iki tərəf üçün maraqlı olan fermer və sahibkarlara göstərilən xidmətlərlə bağlı məsələlər müzakirə edildi, sığorta müqavilələrində nəzərdə tutulmuş bəndlərə yenidən baxıldı. İştirakçılara hava proqnozları, radar müşahidələri, aqrometeoroloji, dəniz və digər hidrometeoroloji xidmət növləri, Qarabağda hidrometeoroloji şəbəkənin yenidən qurulması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verildi. Gələcəkdə bölgələrdə fermer təsərrüfatları və sahibkarlarla birgə görüşlərin təşkil olunması məqsədi ilə əməkdaşlığın davam etdirilməsi təklif edildi.