31 May 2022, 19:10

Faktiki hava

Mayın 31-i saat 19:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçsə də, temperatur yüksəlsə də, gözlənildiyi kimi, bəzi dağlıq ərazilərdə lokal leysan xarakterli yağışlar müşahidə olunub.

Saat 14:00-15:15 radələrində yağan leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel keçmişdir. Qərb küləyi Daşkəsəndə arabir 18-23 m/s-dək güclənib. 


Dolu: Mayın 31-də saat 14:40 radələrində Gədəbəy rayonu stansiyasına yağışla xırda dənəli, Çaldaş və Səbətkeçməz kəndlərinə isə diametri 4-8 mm olan dolu düşüb.