İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

30 May 2022, 17:50

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.  

Cənub istiqamətli külək əsəcək. 

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.