28 May 2022, 12:42

FAKTİKİ HAVA

Mayın 28-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

Havanın temperaturu: mayın 27-də Bakıda iqlim normasından 2.0° aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 21-25° isti, Naxçıvan MR-da 24-29° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 25-29° isti olub.

İstirahət və bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub istiqamətli külək əsəcək .

Əksər rayonlarda da temperaturun yüksələcəyi, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimal olunur.