19 May 2022, 17:00

Carı ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “İnterFood Azerbaijan” sərgiləri keçirilir.

Keçirilən sərgilərin 2-ci günü “İqlim dəyişikliyi kənd təsərrüfatının gələcəyi üçün ən böyük maneə kimi” mövzusunda panel müzakirə təşkil edilmişdir. Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyi ilə bərabər ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin də təqdimatı oldu.

Panel müzakirələr başa çatdıqdan sonra MHX-nin mütəxəssisləri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və fermerlərlə görüşərək hidrometeoroloji xidmət sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud imkanları müzakirə etmiş və bununla əlaqədar birgə tədbirlərin təşkil edilməsi razılaşdırılmışdır.