15 May 2022, 13:43

MHX-nin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzində (RHM) tələbələr və müəllimlər ilə görüş keçirilib

15.05.2022-ci il tarixində Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Hidrometeorologiya ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər ilə MHX-nin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzində (RHM) görüş keçirildi.

Tələbələrə meteoroloji meydançadakı cihazlar və müşahidələrin aparılması qaydası barədə ətraflı məlumat verildi.