
18 Yanvar 2021, 20:00
FAKTİKİ HAVA
Yanvarın 18-i saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax) , Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.
Şimal-qərb küləyi arabir Xınalıqda 23 m/s, Naftalanda 21 m/s, Neftçalada 20 m/s, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 18 m/s, Çilov adası, Pirallahıda 16 m/s, Bakıda 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.