07 May 2022, 13:10

FAKTİKİ HAVA

Mayın 07-si saat 13:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.

Dolu: Mayın 07-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşmüşdür.

Düşən yağıntının miqdarı: Qrızda 16.0 mm, Balakəndə 15.0 mm, Qubada 13.0 mm, Xınalıq, Şəkidə 12.0 mm, Qusarda 11.0 mm, Zaqatala 10.0 mm, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda (Qax) 9.0 mm, Bərdə, Kişçay (Şəki), Xaltanda 8.0 mm, İsmayıllı, Daşkəsəndə 7.0 mm, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6.0 mm, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5.0 mm, Culfa, Sədərək, Ağsuda 4.0 mm, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3.0 mm, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2.0 mm, Gəncə, Mingəçevir, Astara, Ordubad, Ağstafada 1.0 mm, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb.

Külək: Şimal-qərb küləyi arabir Naftalan 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.


Güclü küləkli hava şəraiti mayın 08-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonunadək davam edəcək.