29 Aprel 2022, 22:30
FAKTİKİ HAVA
Aprelin 29-u saat 22:00-a olan məlumata əsasən Naxçıvan, Şahbuz, Şərur, Culfa, Ordubad, Daşkəsən, Göy-göl, Naftalan, Gəncə, Tovuz, Oğuz, Şəki, Xaltan, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz) , Tərtər, Bərdə, Yardımlı, Lerik, Astara, Sarıbaş( Qax), Kişçay(Şəki), Yevlax, Mingəçevir, İsmayıllı, Qusar, Qrızda şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.